ABŞ pilotu İsfahanda nə edirdi: "Venesuela 2.0" alınmadı | ŞƏRH

      ABŞ pilotu İsfahanda nə edirdi:    "Venesuela 2.0" alınmadı    | ŞƏRH
  05 Aprel 2026    Oxunub:4071
"Tramp Maduronu oğurladığı kimi bu dəfə də İranda dağıntılar altında qalmış 450 kq. saflaşdırılmış uranı oğurlamaq istəyirdi. Amma "Venesuela 2.0" cəhdi uğursuz oldu".
Bu sözlər siyasi şərhçi Turab Rzayevə məxsusdur. O bildirib ki, ABŞ "Hollivud effekti" ilə əslində uğursuz əməliyyat cəhdini gizlədir: "Heç kəsin ağlına gəlmir ki, ABŞ pilotu İsfahanda nə edirdi? Niyə İranın düz mərkəzində ilişib qalmışdılar?"

Onu sözlərinə görə real plan belə olub: Tramp orduya İrana desant çıxarıb, saflaşdırılmış uranı havadan oğurlamaq göstərişi vermişdi. 3 mərhələdən ibarət plan hazırlanıb:
1) Havadan ağır bombardman ilə İsfahan ətrafındakı nüvə mərkəzləri, onun müdafiə sistemləri dağıdılacaq, İranın müqaviməti sıfırlanacaqdı;
2) Desant qüvvələri endiriləcəkdi. Onlar daha çox şəxsi heyətin və texnikanın enməsi üçün eniş zolağı açacaqdılar. Daha sonra daha çox hərbi qüvvə və texnika endiriləcəkdi, onlar əməliyyat bölgəsinin mühafizəsini təşkil edəcəkdi.
3) Ağır texnika endiriləcəkdi. Dağıntıların altında qalmış uran çıxarılacaq və hava yolu ilə İrandan aparılacaqdı. Yerin 90 metr altında qalmış uranı çıxarmaq üçün güclü partlayışlardan istifadə ediləcəkdi. Böyük qazma texnikası ilə uran ələ keçiriləcəkdi.

Bu ağlasığmaz ssenari Tramp tərəfindən hərbi rəhbərliyə məcburi qəbul etdirilmişdi. Amma uğursuz oldu.

Turab Rzayevin digər şərhi:
Hazırda İranı kim idarə edir? | TƏHLİL


Teqlər: ABŞ   Uran  



Xəbər lenti